“Rusiyanın qəti cavabı olacaq” –

Moskvadan ABŞ sanksiyalarına reaksiya
15 Aprel 2021 - 17:31
MOSCOW, RUSSIA - JUNE 11, 2020: A view of the offices of the Russian Foreign Ministry in Smolenskaya Square. Valery Sharifulin/TASS Ðîññèÿ. Ìîñêâà. Âèä íà çäàíèå Ìèíèñòåðñòâà èíîñòðàííûõ äåë ÐÔ íà Ñìîëåíñêîé ïëîùàäè. Âàëåðèé Øàðèôóëèí/ÒÀÑÑ

“ABŞ-ın Rusiyaya qarşı sanksiya kursu ölkə xalqlarının maraqlarına cavab vermir. Bayden administrasiyasının fəaliyyəti Rusiya ilə münasibətlərin normallaşmasına maraq göstərmədiyinə dəlalət edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirərkən deyib.

“Bu cür aqressiv davranışın əlbəttə ki, qəti bir cavabı olacaq. Vaşinqton başa düşməlidir ki, ikitərəfli münasibətlərin deqradasiyasına görə cavab vermək lazım gələcək. Baş verənlərə görə məsuliyyət tamamilə Amerika Birləşmiş Ştatlarının üzərinə düşür”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Co Bayden ölkəsinin rusiyaya yeni sanksiyalar tətbiq etməsi barədə Fərman imzalayıb. Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq. Onların arasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları da var. Bundan başqa, ABŞ Maliyyə Nazirliyi ABŞ maliyyə qurumlarının Rusiyanın Mərkəzi Bankı, Milli Sərvətlər Fondu və ya Maliyyə Nazirliyi tərəfindən 14 iyun 2021-ci il tarixindən sonra buraxılmış rubl və ya qeyri-rubl nominallı istiqrazları alınmasını və Rusiya Mərkəzi Bankına, Milli Sərvətlər Fonduna və ya Maliyyə Nazirliyinə rubl və ya qeyri-rubl nominallı borc verməsini qadağan edir. (APA)