Son sutka ərzində Rusiya Ukrayna ərazisinə 29 raket atıb. Onlardan 20-si Ukraynanın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
“Son sutka ərzində işğalçılar bir ballistik və iyirmi səkkiz qanadlı raket buraxıb. Onlardan iyirmisi Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub. Düşmən on üç hava zərbəsi endirib və çoxsaylı buraxılış raket sistemlərindən qırxdan çox hücum həyata keçirib. Lvov, Popovka, Çuqunovka, Ladıjin, Krivoy Roq, Zaporojye, Pavloqrad və Nikopol da daxil olmaqla qırxdan çox yaşayış məntəqəsi və mülki əhali zərər çəkib”, – məlumatda deyilir.
Baş Qərargah həmçinin bildirib ki, düşmən Odessa və Nikolayev vilayətlərində kritik infrastruktur obyektlərinə zərbələr endirmək üçün İrana məxsus on dörd kamikadze pilotsuz uçan aparatdan istifadə edib. Bu PUA-lardan on ikisi məhv edilib.
Həmçinin qeyd edilir ki, bütün Ukrayna ərazisində hava və raket zərbələri təhlükəsi qalmaqdadır.