“Rusiyanın və KTMT-nin Azərbaycana, Türkiyəyə təsir rıçaqları əhəmiyyətli dərəcədə azalıb”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, KTMT-nin isə ümumiyyətlə Türkiyə və Azərbaycana təsir imkanları yoxdur: “Son baş verən hadisələrlə bağlı mən öz münasibətimi açıqlamışam. KTMT-nin bütün üzv ölkələri Ermənistadan daha çox Azərbaycanla yaxşı münasibətdədirlər. Bunun müqabilində KTMT-dən hansısa addam atacağını gözləmək geopolitik anlaqsızlıqdır”.
Koçaryan eyni zamanda KTMT-dən çıxmağın da növbəti axmaqlıq hesab edir. “KTMT çərçivəsində silah-sürsat almaq üçün mühüm sazişlərimiz var. Rusiyanı təhlükəsizliyimizə yeni komponentlərlə təmin etmək üçün inandırmaq lazımdır. Bunun üçün bəzi qəti addımları atmaq lazımdır”.
