“Rusiyanın da maraqları nəzərə alınmalıdır”- Türkiyə XİN rəhbəri

“Ərzaq təhlükəsizliyini təmin etmək üçün Rusiyanın da maraqları nəzərə alınmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Türkiyənin, prezident Rəcəb Tayyib Ərdoğanın və BMT-nin vasitəçilik səyləri sayəsində razılaşdırılan “taxıl sazişi”nin uzadılmasının xüsusi əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Türkiyə bu təşəbbüs çərçivəsində intensiv təmaslar aparmalı olub.

XİN rəhbəri xatırladıb ki, Türkiyə əsirlərin mübadiləsi, Beynəlxalq Atom Enerjisi Agentliyi və “Rosatom” rəsmilərinin görüşü kimi məsələlərdə də vasitəçi rolunu oynayır.

“Ankara bu problemlərin həlli istiqamətində səylərini davam etdirəcək”, – Çavuşoğlu bildirib.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ həmişə dostlarını atıb, Ukraynanı da atacaq”

Sonrakı məqalə

Silaha çevrilən ərzaq –