NATO Rusiyanın hərəkətlərini Alyans üçün təhlükə adlandırıb.
RİA Novosti xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib.
Açıqlamada deyilir ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlantik alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq.
Eyni zamanda vurğulanıb ki, NATO yalnız müdafiə ittifaqı olduğunu, heç bir ölkəyə təhlükə yaratmadığını israr edir.