“Ukrayna tükənmiş Rusiya qüvvələrinə qarşı müharibənin gedişatını dəyişir. Rusiya ordusu tükənmiş vəziyyətdədir və əvvəlki bütün nailiyyətləri məğlubiyyətə çevrilir”.
Azpost.info bildirir ki, Böyük Britaniyanın kəşfiyyat, təhlükəsizlik üzrə Agentliyi olan Hökumət Kommunikasiya Mərkəzinin (GCHQ) rəhbəri Ceremi Fleminqin bu bəyanatı çərşənbə axşamı Rusi analitik mərkəzində açıqlanacaq.
Çıxışdan fraqmentləri BBC yayıb.
“Aydındır ki, Ukraynanın daxili cəsarətli hərəkətləri döyüş meydanında və kiberməkanda vəziyyəti dəyişdirir”, – Fleminq bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Putinin qeyri-məhdud səlahiyyətləri üzündən verdiyi qərarları səhv olub.
Fleminq həmçinin hesab edir ki, oktyabrın 10-da Ukrayna boyu hədəflərə raket zərbələri endirilməsinə baxmayaraq, Moskvanın döyüş sursatı tükənmək üzrədir. Son səfərbərlik Rusiya prezidentinin çarəsizliyinin nümayişi idi. Bu addım onun tənqidinə və Rusiyanın daha da təcrid olunmasına səbəb olacaq.
“Biz bilirik və rus komandirləri də bilirlər ki, onların təchizatı və sursatları tükənmək üzrədir”, – hesabatda deyilir.
Bundan əlavə, onun sözlərinə görə, Rusiyanın Ukraynadakı müharibə xərcləri – həm insan itkisi, həm də texnika itkisi baxımından – “heyrətləndiricidir”.
Fleminq həmçinin iddia edir ki, rus xalqı indi Putinin “seçim müharibəsi” adlandırdığı müharibənin yaratdığı problemləri anlamağa başlayıb: “Onlar (ruslar – red.) görürlər ki, Putin vəziyyəti dəyərləndirərkən nə qədər yanılıb. “Onlar artıq səyahət edə bilməyəcəklərini bilərək səfərbərlikdən qaçırlar. Ruslar başa düşür ki, onların yeni texnologiyaya çıxışları ciddi şəkildə məhdudlaşdırılacaq.”