Rusiyanın 300 hərbi polisi Suriyaya gəldi –PKK-nı Türkiyə sərhədindən çıxarırlar

Kürd separatçılarının Türkiyə sərhədindən uzaqlaşdırılmasına kömək edəcək 300 rusiyalı hərbi polis Suriyaya çatıb.

Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Çeçenistandan gətirilən hərbi polis Suriyanın şimal-şərqində əhalinin təhlükəsizliyini təmin edəcək, asayişi qoruyacaq, patrul xidməti aparacaq, silahlı qruplaşmaların Türkiyə-Suriya sərhədindən 30 kilometr uzaqlaşdırılmasına yardım göstərəcək.

Həmçinin Hmeymim aviabazasına hərbi polis üçün “Tıqr” və “Tayfun-U” zirehli avtomobilləri də çatdırılacaq.

Qeyd edək ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasında hazırkı “Sülh çeşməsi” əməliyyatı rayonunda 32 kilometr məsafədə status-kvo vəziyyəti saxlanılacaq.

Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonaya daxil olan Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi 150 saat ərzində silahlıların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım edəcək. Qamışlı şəhəri istisna olmaqla, sərhədin on kilometr dərinliyində Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlayacaq.

Eyni zamanda, Ankara və Moskva terrorçuların Suriya-Türkiyə sərhədini keçməsinin qarşısını almaq üçün tədbirlər görəcək və qaçqınların geri qaytarılmasını təşkil edəcək.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında PKK-YPG ünsürlərindən təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan etmişdi. Oktyabrın 17-də isə Türkiyə və ABŞ əməliyyata 120 saat ara verilməsi barədə razılığa gəlmişdilər(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş bankirdən maraqlı təklif:

Sonrakı məqalə

Tovuzda dağları partladıb yol çəkirlər –