Baş bankirdən maraqlı təklif:"Xarici borclarımızı daxili borclarla əvəz etməliyik"

“Düşünürəm ki, xarici borcun bir hissəsini daxili borca transformasiya etmək lazımdır. Bu, yerli borc bazarının inkişafına kömək edəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

Baş bankir ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə də danışıb: “Prezident İlham Əliyev ötən il xalqın dəstəyi ilə yenidən dövlət başçısı seçildikdən sonra andiçmə mərasimindəki nitqində proqram xarakterli çıxış etdi və ölkənin gələcək inkişaf istiqamətlərini ifadə etdi. Əsas məqsəd ölkədə dayanıqlı, davamlı iqtisadi inkişafa nail olmaqdır. Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır. Odur ki, yaxın keçmişdə vergi-gömrük və məhkəmə sahələrində islahatlara başlanılıb. Həmçinin sosial islahatlar həyata keçirilir. Bu da əmək bazarının genişlənməsinə səbəb olacaq. İslahatların əsas hədəfi özəl sektora, biznesə arxalanmaqdır. Doğrudur, inkişaf üçün daxili imkanlar məhduddur, amma xarici imkanlar məhdud deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Avro-5 standartı ilə dizel və benzin istehsal edəcək –

Sonrakı məqalə

Rusiyanın 300 hərbi polisi Suriyaya gəldi –