“Rusiyanın hücum edəcəyi ölkə kimə lazımdır?” –

zaxarova

zaxarova

Zaxarova: “NATO Ukraynaya “ayı xidməti” göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Ukraynaya “ayı xidməti” göstərdiyini deyib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə fevralın 7-də özünün “Telegram” kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, Rusiya Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsində qərəzsiz tərəf olmadığına şübhə etmirdi: “Ukrayna Avropa İttifaqı klubuna hələ də qəbul edilməyib. Və belə görünür ki, tezliklə də qəbul edilməyəcək. Rusiyanın hücuma keçmək üzrə olduğu ölkə kimə lazımdır? NATO üzvləri ukraynalılara “ayı xidməti” göstərdilər”.

XİN rəsmisi Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borreli də tənqid edib: “Borrelin növbəti “hekayəsində” “Rusiyanın Ukraynaya təcavüzü” ilə bağlı Qərb
mediasının məşhur fobiyaları əks olunub. Vaxt daralır, Rusiya isə Ukraynaya hücum etmir”.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir