“Rusiyanın iştirakı olmadan “taxıl sazişi”ndən söhbət gedə bilməz”- ZAXAROVA

“Rusiyanın iştirakı olmadan “taxıl sazişi”ndən söhbət gedə bilməz”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, məsələ avqustun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan arasında Moskvada keçiriləcək danışıqlarda müzakirə mövzularından biri olacaq.

“Söhbət Rusiyanın iştirak etdiyi sazişdən gedirsə, o zaman o, Rusiyasız işləyə bilməz. Bu mümkün deyil”, – Zaxarova bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“Vaqner”in muzdlularına döyüş veteranı statusu verilmir

Sonrakı məqalə

“Makron Rəsmi Bakının da mövqeyini nəzərə almalıdır”