Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Rusiyanın ən böyük aqrar bölgəsində fövqəladə vəziyyət –

User 24 Sentyabr 2026 - 18:11 (Last updated: 24 Sentyabr 2026 - 18:11)
taxil

Rusiyanın ən böyük kənd təsərrüfatı regionu olan Krasnodar diyarında fövqəladə vəziyyət rejimi tətbiq edilir.

Regional hökumətin məlumatına görə, logistika infrastrukturuna kütləvi hücumlar, limanların fəaliyyətinin dayanması və Azov–Qara dəniz hövzəsində gəmiçiliyin pozulması nəticəsində fermerlər istehsal etdikləri böyük həcmdə kənd təsərrüfatı məhsullarını sata və ixrac edə bilmirlər.

Bu vəziyyət daxili taxıl bazarında artıq məhsul yığılmasına səbəb olub.

Krasnodar Rusiyanın əsas aqrar mərkəzlərindən biridir. Ölkənin bütün taxıl məhsulunun təxminən 10 faizi, şəkər çuğundurunun 14 faizi, üzüm və almanın isə üçdə birindən çoxu bu regionun payına düşür.

Bu il Kuban fermerləri 13,6 milyon ton taxıl toplamağı planlaşdırırdı. Bu, ötən illə müqayisədə 17 faiz çoxdur. Lakin Qara dənizdəki əsas taxıl limanlarının fəaliyyətinin dayanması məhsulun ixracına ciddi maneə yaradıb.

Məlumata görə, iyulda Azov dənizindəki terminalların fəaliyyəti dayanıb, daha sonra Kerç boğazında gəmiçilik məhdudlaşdırılıb. Avqustda isə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Qara dənizin əsas taxıl limanlarında fəaliyyət dayandırılıb.

Nəticədə Rusiya taxılının ixracında ciddi azalma qeydə alınıb.

“Совэкон”un hesablamalarına görə, sentyabr ayında Rusiyanın taxıl ixracı 17 ilin minimumuna – 1,8 milyon tona düşüb. Rusiya Taxıl İttifaqının hesablamasına əsasən, buğda ixracı dörd dəfə azalaraq həftədə 347 min tona düşüb.

Alternativ marşrutlar problemi həll etmir

Rusiya hakimiyyəti ixrac üçün alternativ yollar yaratmağa çalışır. Baltik dənizi limanlarının taxıl daşınmasına uyğunlaşdırılması nəzərdən keçirilir.

Hətta ilk dəfə Şimal Buzlu okeanı vasitəsilə 40 min ton taxılın ixrac edildiyi bildirilir.

Lakin bu marşrutların imkanları Cənubi Rusiyanın əsas limanlarından əvvəl daşınan məhsul həcmini əvəz etmək üçün kifayət etmir. Rostov vilayətinin fermerləri bildirirlər ki, alternativ yollar Taman və Novorossiysk limanlarından daşınan taxılın yalnız 10 faizini qarşılaya bilir.

Fermerlər maliyyə çatışmazlığı, ödəniş problemləri və müflisləşmə təhlükəsi barədə xəbərdarlıq edirlər. Onlar dövlət tərəfindən güzəştli kreditlərin və faiz subsidiyalarının verilməsini istəyirlər.

Fermerlər əkin sahələrini azaldır

İxrac imkanlarının məhdudlaşması kənd təsərrüfatı istehsalçılarını növbəti mövsüm üçün də çətin seçim qarşısında qoyub.

Məlumata görə, fermerlərin təxminən dörddə biri payızlıq buğda əkinindən imtina etmək qərarına gəlib, daha üçdə biri isə əkin sahələrini azaltmağa hazırlaşır.

“Совэкон”un qiymətləndirməsinə görə, sentyabrın 18-nə Rusiyada payızlıq əkinlərin sahəsi 6,1 milyon hektar olub. Bu, 2013-cü ildən bəri ən aşağı göstəricidir.

Şirkətin baş direktoru Andrey Sizov bildirib ki, Qara dəniz ixracına qoyulan məhdudiyyətlər fonunda fermerlər ciddi maliyyə çətinlikləri yaşayırlar.

Onun sözlərinə görə, iyun ayından etibarən Rusiyada buğdanın daxili qiyməti təxminən 40 faiz ucuzlaşıb və hazırda maya dəyərini ödəmək üçün tələb olunan səviyyədən 20–30 faiz aşağıdır.

Bu vəziyyət fermerləri payızlıq buğdanın əkin sahələrini azaltmağa məcbur edir.

AzPost.az

Post navigation

Previous: Moskva prospektində 6 yeni dayanacaq quraşdırılır
Next: Çin və ABŞ tarixi məsuliyyət daşıyır –

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.