Çin və ABŞ böyük ölkələr, Çin və Amerika xalqları isə böyük xalqlardır.
Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Ağ Evdə çıxışı zamanı bildirib.
O, Prezident Donald Trampın dəvəti ilə dostluğu davam etdirmək, əməkdaşlığı genişləndirmək və hər iki xalqın rifahını təşviq etmək üçün ABŞ-a səfər etdiyini deyib.
“Bu dövrdə dünyamızda baş verən və tarixi əhəmiyyət daşıyan dəyişikliklərlə üz-üzə qalan Çinlə ABŞ iki böyük ölkə kimi insan inkişafını və tərəqqisini təşviq etmək üçün tarixi məsuliyyət daşıyır”, – Si Cinpin vurğulayıb.
Çinlə ABŞ arasında münaqişə və qarşıdurmanın qarşısının alınması üçün səylər göstərilməlidir.
Si Cinpin Ağ Evdə çıxışı zamanı bildirib.
“Çin və ABŞ aramızda heç bir münaqişə və qarşıdurmanın olmaması prinsipini qorumalıdır. Hər ikimizin ev adlandırdığı bu planetdə iki böyük ölkənin birgə yaşaması üçün düzgün yolu, şübhəsiz ki, tapa bilərik”, – Si Cinpin deyib.
Çin lideri iki ölkənin silahlı qüvvələri arasında müntəzəm dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Bizim ordularımız müntəzəm dialoqu davam etdirməli, böhran vəziyyətlərində kommunikasiya və onların qarşısının alınması mexanizmlərini təkmilləşdirməlidir”, – Si Cinpin qeyd edib.