“Rusiyanın qələbəsi Avropa ilə əlaqəni bərpa etməyin ən sürətli yoludur”- Federasiya Şurasının rəsmisi

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatda uğuru Avropa ilə əlaqəni bərpa etməyin ən sürətli yoludur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov deyib.

O qeyd edib ki, ruslar Avropa İttifaqında bir çox turist marşrutlarının onların üzünə bağlanmasından şikayətlənirlər: “Əziz həmvətənlərimiz, nostalji hiss etdiyiniz şeyə ən tez qayıtmaq Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatda qeyd-şərtsiz qələbəsindən keçir”.

“Belə bir ssenaridə, Rusiya münasibətləri normallaşdırmağa razı olarsa, avropalılar bunu şərəf hesab edəcəklər”, – Cabarov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Qocaman jurnalist Mais Məmmədov vəfat edib

Sonrakı məqalə

MEDİA jurnalist müsabiqəsinin nəticələrini açıqladı –