Rusiyada Qərb Hərbi Dairəsinin komandanı Aleksandr Juravlev vəzifəsindən çıxarılıb.
Azpost.info bildirir ki, onun tabeliyində olan qoşunlar Xarkov vilayətində gedən döyüşlərdə iştirak edib. Ukrayna mediası bunun cəbhədəki uğursuzluqlarla bağlı ola biləcəyini ehtimal edir.
İctimaiyyətə açıq olan reyestrlər kadr dəyişikliklərindən xəbər verir. Orada həmçinin qeyd olunur ki, vaxtilə Suriyada rus ordu qruplaşmasına rəhbərlik etmiş general-leytenant Roman Berdnikov Qərb Hərbi Dairəsinin yeni komandanı olub.
Kadr dəyişikliyi sentyabrın 28-də həyata keçirilib.
