Rusiyanın sabiq dövlət katibi Burbulis Bakıda vəfat etdi –FOTO

Rusiyanın sabiq dövlət katibi, Baş nazirin keçmiş birinci müavini Gennadi Burbulis Bakıda vəfat edib. 

Azpost.info bildirir ki, bu barədə TASS məlumat yayıb.  77 yaşlı Burbulis Bakı Qlobal Forumunda iştirak üçün ölkəmizdə səfərdə olub.

Burbulis Bakıda qaldığı oteldə dünyasını dəyişib.

Qeyd edək ki, Gennadi Burbulis 1945-ci ildə anadan olub. Sovet dövründə və müstəqil Rusiyada bir çox mühüm vəzifədə çalışıb. RSFSR-in dövlət katibi işləyib. O, 8 dekabr 1991-ci ildə imzalanmış belovejsk sazişinin hazırlanmasında iştirak edib.

 

 

Əvvəlki məqalə

Rəsulzadə və AXC rəsmiləri 1918-ci il Trabzon konfransında –

Sonrakı məqalə

“Özümüzə məxsus olan hər şeyi geri qaytaracağıq” –