Rusiyanın sabiq dövlət katibinin meyiti hələ Bakıdadır –"Ölümün dəqiq səbəbləri təyin olunmalıdır"

“Azərbaycanın Prezident Administrasiyası RSFSR-in keçmiş dövlət katibi Gennadi Burbulisin nəşinin vətənə göndərilməsinə köməklik edir”.

Bu barədə “Ura.ru”ya Burbulisin köməkçisi Aleksandr Kriçevski deyib.

Onun sözlərinə görə, Burbulislə vida mərasiminin nə zaman və harada təşkil ediləcəyi hələ məlum deyil. O bildirib ki, hazırda onun cəsədinin Bakıdan Rusiyaya aparılması məsələsi həll edilir: “Hələ ki ekspertizanın həyata keçirilməsi, sənədləşmə aparılması, cəsədin daşınmasına icazə verilməlidir. Həmçinin ölümün dəqiq səbəbləri təyin olunmalıdır. Bu məsələlərlə hazırda Azərbaycanın Prezident Administrasiyası və Rusiya səfirliyi məşğul olur”.

Kriçevskinin sözlərinə görə, Burbulis Moskvada dəfn olunacaq.

Xatırladaq ki, Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis iyunun 19-u günorta saatlarında 77 yaşında Bakıda vəfat edib.

Əvvəlki məqalə

İyulda bağçalara elektron qaydada qəbul başlayacaq

Sonrakı məqalə

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi –