“Rusiyanın sülhməramlı missiyası münaqişənin həllinə imkan yaradacaq” –TOKAYEV

“Ümid edirik ki, Rusiyanın sülhməramlı missiyası erməni-azərbaycanlı münaqişəsini həll etməyə imkan yaradacaq”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidenti Tokayev KTMT-nin İrəvanda keçirilən toplantısında çıxışı zamanı deyib.

Məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb. Tokayev sammitdə münaqişənin həllinə yönələn addımları dəstəkləyib: “Biz hamımız Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Ümid edirik ki, Rusiya tərəfinin sülhməramlı səyləri erməni-azərbaycanlı münaqişəsinin siyasi-diplomatik yolla həllinə imkan verəcək və tərəfləri sülh sazişinin imzalanmasına aparacaq”-deyə Tokayev vurğulayıb.

 

 

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

Sonrakı məqalə

“KTMT-nin sammitində Azərbaycanla sülh sazişinin taleyi müzakirə olundu” –