“Rusiyanın terrorizmin sponsoru kimi tanınması ABŞ-la münasibətlərə təsir etməyəcək”- PESKOV

“ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına Rusiyanı daxil etməsi mənfi nəticələrə gətirib çıxaracaq”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Bununla belə, Kreml hesab edir ki, bu, Rusiya-ABŞ münasibətlərinə təsir etməyəcək. Çünki iki ölkə arasında münasibətlər korlana bilməyəcək qədər aşağı səviyyədədir: “Biz belə bir addımın nəticələrini çox mənfi qiymətləndiririk. Digər tərəfdən, Rusiya və ABŞ  münasibətlərinə bundan artıq xələl gətirə biləcək bir şey etmək çox çətindir”.

Azpost.info

Əvvəlki məqalə

Bu il Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Sonrakı məqalə

Azərbaycanda daha 305 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb