Rusiyanın Ukrayandakı ordusunun sabiq komandanı vəfat edib

Moskvada Rusiyanın Suriyadakı silahlı qüvvələri qruplaşmasının qərargahının keçmiş rəisi, Şərq Hərbi Dairəsinin qoşunlarının keçmiş komandanı, general-polkovnik Gennadi Jidko 58 yaşında ölüb.

Azpost.info bildirir ki, bu barədə Xabarovsk vilayətinin qubernatoru Mixail Deqtyarov teleqram kanalında yazıb.

General Jidko uzun sürən xəstəlikdən sonra vəfat edib.

General-polkovnik Gennadi Jidko 2015-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Baş Rusiya Silahlı Qüvvələrinin 2-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının birinci müavini, Qərargah rəisi vəzifəsində xidmət edib.
2016-cı ilin sentyabrından 2017-ci ilin noyabrınadək isə qərargahı Samarada yerləşən Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri olub.
2016-cı ildə Jidko Rusiya Federasiyası Silahlı Qüvvələrinin Suriyadakı qrupunun qərargah rəisi vəzifəsində çalışıb.
2017-ci ildə Rusiya Federasiyasının Milli Qəhrəmanı adına layiq görülüb.
22 noyabr 2017-ci ildən 3 noyabr 2018-ci ilə qədər o, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olub.
iyun 2018-ci ildə ona general-leytenant rütbəsi verilib.
2018-ci ilin noyabrında Jidko Şərq Hərbi Dairəsinin komandiri təyin edilib. O, noyabrın 13-də Qərb Hərbi Dairəsinin komandiri vəzifəsinə keçirilən Aleksandr Juravlyovu əvəzləyib.
2021-ci ildə Jidko Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin (GVPU) rəisi, müdafiə nazirinin müavini təyin edilib.
Jidko 26 may 2022-ci ildə Ukraynada rus qoşunlarının komandanı təyin edilib. O , ordu generalı Aleksandr Dvornikovu əvəz edərək Rusiya qüvvələrinə rəhbərlik edib.
May ayında vəzifəyə başlayan Jidko 2 ay sonra Ukrayna cəbhəsində uğursuzluqlara görə Şərq Hərbi Dairəsinin rəisi vəzifəsinə endirilib. Onu və General Sergey Surovikin əvəz edib.
O, 2022-ci il oktyabrın 7-dən Şərq Hərbi Dairəsinin komandanı vəzifəsindən azad edilib. Yerinə General-leytenant Rüstəm Muradov təyin edilib.

 

 

 

Əvvəlki məqalə

Salyanda qatarın qadını vurması ilə əlaqədar cinayət işi açılıb

Sonrakı məqalə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub