“Rusiyanın Ukrayna ilə danışıqlara ehtiyacı yoxdur” –MEDVEDYEV

“Qərb Rusiyanı zəiflətmək və Kiyevə güc toplamaqda kömək etmək üçün Moskvanı danışıqlar prosesinə sövq etməyə çalışır. Rusiyanın belə danışıqlara ehtiyacı yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev rəsmi Telegram kanalında yayımlanan videoda bildirib.

Medvedyevin fikrincə, Qərbin enerjisinin tükəndiyini göstərən əlamətlər var və bu, Ukraynaya dair xərclərə də aiddir: “Burada düşmənin fasilə əldə etməsi üçün müxtəlif hiylələrdən istifadə etməyə çalışırlar”, – Medvedyev bildirib.

“Onların istəyi Rusiyanı zəiflətməyə, düşmənimizə güc toplamağa kömək edəcək danışıqlar prosesini başlatmaqdır. Bizə belə danışıqlar lazım deyil, sadəcə olaraq zərərlidir”-deyə o vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda qadın əri ilə mübahisə etdi –

Sonrakı məqalə

“Putin Ukraynada ABŞ-ın strategiyasını məhv etdi” –