“Rusiyanın Ukraynanı bombalaması xoşuma gəlmir” –TRAMP

Tramp
Tramp

Vaşinqton Moskva ilə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqları davam etdirir.

AzPost Associated Press -ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Bununla yanaşı Tramp qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı bombalamasını bəyənmir: “Biz Rusiya ilə danışırıq, bunun dayandırılmasını istərdik. Bu bombardmanlar xoşuma gəlmir. Bombalamalar davam edir” – deyən Tramp Air Force One təyyarəsində jurnalistlərə bildirib.

O, münaqişədə ağır itkilərə işarə edib və bir daha bəyan edib ki, o, əvvəllər prezident olsaydı, münaqişə başlamazdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.