“Rusiyanın Ukraynaya atdığı qanadlı raketlər partlamır” –PENTAQON

Ukraynaya qarşı müharibədə istifadə edilən Rusiya qanadlı raketlərinin əhəmiyyətli bir hissəsi partlamır və ya onların buraxılışı zamanı nasazlıqlar olur.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Pentaqon hesab edir ki, uğursuzluq buraxılan raketlərin 20-60 faizini təşkil edir.

ABŞ Müdafiə Nazirliyi bildirir ki, müharibə başlayandan Rusiya tərəfindən 1100-dən çox raket buraxılıb.

Azpost.info

Əvvəlki məqalə

“Xalqımı qarda, soyuqda qoya bilmərəm” –

Sonrakı məqalə

“Dartanyan”a Latviyaya giriş qadağan olundu