“Xalqımı qarda, soyuqda qoya bilmərəm” –Ərdoğan sanksiyaların əleyhinə çıxdı

“Bütün bu addımları atarkən Rusiya ilə münasibətlərimizi bir kənara qoymağımız mümkün deyil”. 

Azpost.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə  jurnalistlərə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı danışarkən deyib.

“Təbii qazın təxminən yarısını elə Rusiyadan alırıq. Bundan başqa, biz bu gün Rusiya ilə birlikdə Akkuyu Atom Elektrik Stansiyamızı tikirik. Bunu da bir kənara qoya bilmərik. Mən bu gün Makrona bunu deyəndə o, “haqlısan” dedi. Deməli, burada ediləcək bir şey yoxdur. Birincisi, mən xalqımı qışda qarda, soyuqda qoya bilmərəm. Sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları nəzərə almaq məcburiyyətindəyik. Biz dövlətik, 85 milyon əhalimiz var. Üzərimizə düşən hər vəzifəni yerinə yetiririk, yetirəcəyik. Ukraynalılar üçün 56-ya yaxın humanitar yardım maşını göndərdik. Onlarda yemək, geyim, dərman var. Bunlar hələ də göndərilməkdə davam edir”, – deyə Ərdoğan qeyd edib.

Əvvəlki məqalə

“İlham Əliyev Ukraynadakı müharibənin ən yaxşı təhlilçilərindən biridir” –

Sonrakı məqalə

“Rusiyanın Ukraynaya atdığı qanadlı raketlər partlamır” –