Rusiyanın Ukraynaya hücumu başlayıb –
Rusiyanın Ukraynaya hücumu başlayıb.
Bunu “Reuters”ə NATO-nun nümayəndəsi bildirib.
Saat 05.00-dan etibarən (Bakı vaxtı ilə 06.00) Ukraynanın bir sıra şəhərlərində partlayış səsləri eşidilir.
UNİAN-ın xəbərinə görə, partlayışlar paytaxt Kiyevlə yanaşı Odessa, Xarkov və Berdyanskda da eşidilir.
Kiyevin Borispol aeroportu yaxınlığında və bir neçə yaşayş məhəlləsində partlayış səsləri gəlir.
