Rusiyanın Vaşinqtondakı səfiri özünə ABŞ peyvəndini vurdurub

21 Fevral 2021 - 01:52

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın “Moderna” şirkətinin istehsal etdiyi koronavirusa qarşı preparatla peyvənd olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə diplomat “Solovyev Live” “YouTube” kanalında bildirib.

“Bir həftə əvvəl “Moderna” peyvəndi qəbul etdim və dörd həftə ərzində ikinci dəfə peyvənd olunacam”, – səfir belə deyib.

O qeyd edib ki, Rusiya vaksin problemini siyasiləşdirmək istəmir: “Əgər ölkədə yaxşı vaksin, sağlamlığımızı qorumaq üçün imkan mövcuddursa, bundan istifadə etməliyik”.

Onun sözlərinə görə, bu sahədəki ayrıseçkilik xətləri bu və ya digər ölkənin vətəndaşlarının təhlükəsizliyinə zərər verə bilər.

Anatoli Antonov ABŞ-da çalışan bir sıra MDB diplomatlarının Rusiyanın istehsal etdiyi koronavirusa qarşı preparatla peyvənd olunmaq istəklərini Moskvaya çatdırdığını da əlavə edib.(APA)