Rusiyaya ağır sanksiya- Olimpiada və dünya çempionatlarında iştirakına qadağa qoyuldu

Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Bundan başqa Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilir. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə millisinin AVRO-2020 şansı –

Sonrakı məqalə

Ərdoğan Makronu tənqid etdi: