“Rusiyaya döyüş dronları versə, İrana qarşı sanksiyaları artıracağıq”- Ned Prays

“Rusiyaya döyüş dronları versə, İrana qarşı sanksiyaları artıracağıq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Biz artıq bu məsələ ilə bağlı narahatlığımızı ifadə etmişik. Vəziyyəti izləməyə davam edəcəyik. İstənilən belə əməliyyat sanksiyalarla nəticələnəcək. Yəqin ki, dünyanın digər ölkələrindən də bir sıra sanksiyalar olacaq”, – Prays deyib.

Söhbət, “Şahed-191” və “Şahed-129”  pilotsuz döyüş aparatlarından gedir. Rusiya nümayəndə heyətinin bu dronları öyrənmək üçün iyun ayında ən azı iki dəfə İranın mərkəzindəki “Kaşan” aerodromuna getdiyi məlumdur.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır –

Sonrakı məqalə

“ABŞ-ın Ukraynaya verdiyi silahlar cinayətkarların əli ilə bütün dünyaya yayılır”