“Rusiyaya görə, sanksiyalara məruz qalmağa razı ola bilmərik” –PAŞİNYAN

Ermənistan sanksiyalara məruz qalmamaq çərçivəsində Rusiya ilə əməkdaşlıq edir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, Ermənistanla Rusiya strateji və tərəfdaşlıq münasibətlərindədirlər:

“Ermənistanla Rusiya arasında tərəfdaşlıq strateji xarakter daşıyır, lakin İrəvan Qərbin sanksiyalarından yayınmağa imkan verən çərçivədən kənara çıxmayacaq. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Rusiya ilə də münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir, lakin eyni zamanda, razı ola bilmərik ki, Ermənistan sanksiyalara məruz qalsın”, – Paşinyan qeyd edib.

O, “buna görə də Rusiya ilə sanksiyalar altına düşməməyə imkan verəcək çərçivədə əməkdaşlıq edəcəyik”, – deyə bildirib. (APA)

Əvvəlki məqalə

“Azərbaycanın milli valyutası stabil qalacaq”

Sonrakı məqalə

Nyu-Yorkda Türkiyənin Baş Konsulluğuna hücum olub