“Rusiyaya qarşı birgə müqavimət göstərməyə davam edəcəyik” –

NATO bəyanat verdi
15 Aprel 2021 - 16:46

NATO ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyib.

Bu barədə Şimal Alyansı bəyanat yayıb.

“NATO ABŞ-ın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərini dəstəkləyir. NATO-dan olan müttəfiqlər kollektiv təhlükəsizliyi təhdid edən Rusiyanın fəaliyyətinə qarşı birlikdə müqavimət göstərməyə davam edəcəklər. NATO Rusiya ilə təmaslara açıq olaraq qalır. Təəssüflənirik ki, Moskva Rusiya-NATO şurasının iclasına dəvəti “iqnor” edir”, – deyə bəyanatda vurğulanıb.(APA)