“Rusiyanın Avropa İttifaqının sanksiyalarından yan keçməsinə imkan verməmək, bunu mümkünsüz etmək lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcək.
“Bloomberg” xəbər verir ki, Aİ-yə üzv dövlətlər tezliklə yeni qanun layihəsi təqdim edəcəklər. Sənəd şəxsin ailə üzvlərinə qarşı sanksiyaların tətbiqinə imkan verəcək meyarları və hüquqi bazanı müəyyən edəcək.
Azpost.info