“Yaponiya və Rusiya arasında münasibətlər Ukraynadakı münaqişə səbəbindən çətin vəziyyətdədir, lakin Tokio sülh müqaviləsi bağlamaq kursuna sadiq qalmaq niyyətindədir”.
Azpost.info xəbər verir ki, bunu Baş nazir Fumio Kişida parlamentin iclasında bildirib.
Onun sözlərinə görə, dövlət öz ərazi problemlərini həll etməyə çalışacaq: “Yaponiya-Rusiya münasibətləri Ukraynadakı vəziyyətə görə çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətə sadiq qalacaq”.
Eyni zamanda, Baş nazir Yaponiyanın Moskvaya qarşı qətiyyətli sanksiya siyasətini davam etdirəcəyini qeyd edib. Onun sözlərinə görə, Tokio Kiyevi dəstəkləyəcək.
Kişida qeyd edib ki, Yaponiya hökuməti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin müxtəlif yollarının öyrənilməsini gücləndirəcək: “Hökumət digər məsələlərlə yanaşı, qarşı tərəfə cavab zərbələri endirmək imkanlarını nəzərdən keçirəcək”.
Azpost.info
