Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyaya sanksiyalardan yayınmağa kömək edən şirkətlərə cinayət işi açılacaq

User 03 Mart 2023 - 13:45 (Last updated: 21 May 2025 - 20:15)
2808831

Co Bayden administrasiyası Rusiyaya qarşı sanksiyaların və ixrac nəzarətinin pozulmasını araşdıran federal prokurorların ştatını genişləndirir.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ baş prokurorunun köməkçisi Mett Olsenə istinadən yazıb.

Olsen qeyd edib ki, Ədliyyə Nazirliyi əks-kəşfiyyat və ixraca nəzarət departamentinə daha 25 prokuror işə qəbul edib.

Onun sözlərinə görə, prokurorlar şirkətlərlə Rusiyanın sanksiyalar və ixraca nəzarətdən yayınmalarını araşdıracaq. Qanun pozuntularına yol verən şirkətlərə cinayət işi açılacaq.

Qeyd olunur ki, Ukraynaya qarşı genişmiqyaslı təcavüz başlayandan sonra ABŞ və onun Qərb müttəfiqləri Rusiyaya qarşı bir sıra beynəlxalq ticarət və maliyyə məhdudiyyətləri tətbiq ediblər. Moskva sanksiyalardan yan keçmək üçün İran, Çin və Türkiyədən dövlət və özəl şirkətləri cəlb edib.

Qərb hesab edir ki, Rusiya öz müdafiə sənayesi üçün vacib olan kompüter çiplərini və radar avadanlığını məhz belə idxal etməyə davam edir.

Bayden administrasiyası şirkətləri sanksiyalar və ixrac nəzarətini pozmağın hüquqi riskləri barədə xəbərdar etmək məqsədilə özəl sektor üçün tövsiyələr toplusu da yayımlayıb.

Azpost.info

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Alim Qasımovun atası vəfat edib –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.