Avropa İttifaqı (Aİ) müharibəni dayandırması üçün Rusiyaya təzyiqlərini davam etdirəcək.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə söhbətindən sonra bildirib. “Mən Avropa İttifaqının Ukraynaya və onun xalqına davamlı dəstəyini bir daha təsdiqlədim. Biz Rusiyanın silahlı təcavüzünü dayandırmaq və hərbi qüvvələrinin Ukraynadan çıxarılmasına nail olmaq üçün təzyiq göstərməyə davam edəcəyik”, – Borrel deyib.
Azpost.info