Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ruslar Estoniyadakı evlərinə gedə bilmirlər

User 29 Avqust 2022 - 14:17 (Last updated: 21 May 2025 - 20:15)
AQAG6ZlRMn8qmuRLaUjAoFENX0YAocWKtjGvciWxPVAHtd8peL-ljfGM1ePoyELAURiDW19cPDBTL5DboN9rkI9WDcQ

Estoniya hökumətinin tətbiq etdiyi viza qadağası səbəbindən təxminən 4500 rusun öz mülklərinə çıxış imkanı məhdudlaşıb.

Azpost.info xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Estoniyada Rusiya vətəndaşlarına məxsus 41 351 daşınmaz əmlak var. Ölkədə daşınmaz əmlaka sahib olan rusların əksəriyyətinin orada yaşamaq icazəsi var. Sözügedən 4,5 min Rusiya vətəndaşının isə Estoniyaya səfəri üçün viza lazımdır.

Oxşar problem Estoniyada daşınmaz əmlaka sahib olan 919 Belarus vətəndaşı üçün də yaranıb.

Estoniya Daxili İşlər Nazirliyinin rəsmisi Veyko Kommusaar bildirib ki, rusların belə böyük həcmdə daşınmaz əmlaka sahib olması ölkənin təhlükəsizliyini təhdid edir. Onun sözlərinə görə, “həssas bölgələr” sərhəd zonaları və kritik infrastruktura yaxın əraziləri əhatə edir.

Kommusaar hesab edir ki, ölkə Avropa İttifaqından kənar ölkələrin vətəndaşları üçün Estoniyada daşınmaz əmlaka sahib olmaq imkanlarını məhdudlaşdırmalıdır. O, idarənin artıq müvafiq qanun layihəsi hazırladığını açıqlayıb, lakin təfərrüatları açıqlamayıb.

Estoniya mart ayından etibarən Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb. Avqustun 18-dən isə Şengen vizası ilə gələn Rusiya vətəndaşları üçün sərhədi bağlayıb. Estoniya Xarici İşlər Nazirliyi hesab edir ki, üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası ilə ruslara girişi qadağan edə bilər. Estoniyanın Baş naziri Kaya Kallas rus turistlərin ölkənin təhlükəsizliyinə təhdid yaratdığını deyib.

Azpost.info

Post navigation

Previous: “Liz Tras Baş nazir olsa, Çini London üçün təhlükə elan edəcək”
Next: DTX-nın mətbuat katibi nazirlikdə müşavir təyin olunub

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.