Avropa İttifaqı rusların kritik infrastrukturla əlaqəli Aİ şirkətlərinin direktorlar şuralarına daxil olmasını qadağan edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Sanksiyalar paketinə Rusiya vətəndaşlarının Avropa İttifaqında elektrik və qaz tədarükçüləri kimi kritik infrastrukturla bağlı şirkətlərin direktorlar şurasında təmsil olunmasına qadağa qoyulacaq”, – məlumatda deyilir.
“Politico” həmçinin bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların onuncu paketinə 130-a yaxın hüquqi və fiziki şəxs, o cümlədən dövlət mediasının rəsmilərini və jurnalistləri daxil etmək niyyətindədir.
Azpost.info