Rustavi şəhərində seçkinin nəticələri açıqlanıb

31 Oktyabr 2021 - 11:36

Rustavidə seçkilərin ikinci turunda “Gürcü arzusu”nun namizədi Nino Latsabidze qalib gəlib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatda qeyd olunur.

MSK-nın məlumatlarına görə, “Gürcü Arzusu”nun namizədi Nino Latsabidze 53,72 faiz, Vahid Milli Hərəkat partiyasının namizədi Davit Kirkitadze isə 46,28 faiz səs toplayıb.

Bildirilir ki, Rustavidə olan 88 məntəqə bütün hesablanıb.