Səfir Pakistanın Ermənistanla əlaqələr qurması üçün əsas şərti açıqlayıb

17 Mart 2021 - 13:33

“Əgər gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşsa, biz də Ermənistanla əlaqələr qurmaq barədə düşünə bilərik”.

Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib.

O qeyd edib ki, Pakistan Azərbaycan-Ermənistan münaqişəsində tərəf deyil.

“Lakin biz hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmişik”, – deyə səfir vurğulayıb.(APA)