“Şəhəri tərk et, 7500 dollar al” –Hansı ölkədə ailələrə bu pul təklif edilir?

Yaponiya hökuməti paytaxat Tokionu tərk edəcək ailənin hər bir uşağına 7500 dollar təklif edib. 

Azpost.info yapon KİV-lərinə istinadən bildirir ki, hökumət bu addımla Yaponiyanın əhalisi azalan, “qocalan” şəhər və kəndlərdə əhalinin sayını artırmaq niyyətindədir.

Siyasətçilər hesab edir ki, Tokioda və əhalinin sayının həddən artıq sıx olduğu digər şəhərlərdə bunu aradan qaldırmaq üçün belə stimullaşdırıcı addımlar atılmalıdır.

Bu maliyyə dəstəyi Tokionun 23 əsas rayonlarında və Saytma, Tiba, Kanaqava perefekturalarında yaşayan  ailələrə təklif olunacaq. Yardımı almaq üçün ailələr Tokiodan köçməlidirlər.

Pulu alıb paytaxta qayıtmaq istəyənlərin arzusu baş tutmayacaq. Bu şəxslər yeni evlərdə ən azı 5 il yaşamalı, ailənin bir üzvü ya işləməli, ya da yeni biznes açmalıdırlar. Bu müddətdən tez geri qayıdanlar pulları qaytarmalı olacaqlar.

Məmurlar ümid edir ki, belə böyük məbləğ ailəsində 18 yaşadək uşaq olan ailələrin marağına səbəb olacaq, 35 milyonluq nəhəng meqapolisə çevrilmiş Tokioda sosial xidmətlərə təzyiqi azaldacaq.

Hökumət ümid edir ki, belə stimullaşdırma tədbiri nəticəsində 2027-ci ilə qədər 10 min nəfər Tokionu tərk edərək boşalmış kənd yerlərinə köçəcək.

Regionları dirçəltmək cəhdləri Yaponiyanın əhalisinin sayının azalması fonunda edilir.

Rəsmi məlumatlara əsasən Yaponiyanın əhalisi son iki ildə 644 milyon nəfər azalıb. Hazırkı 125 milyon nəfər əhalinin 2065-ci ilədək 88 milyona enəcəyi gözlənilir.

Azpost.info

 

Əvvəlki məqalə

Aksiyanın 23-cü günü:

Sonrakı məqalə

33 yaşında yarım milyon dollar oğurlamış şəxs 27 il sonra həbs edildi