Şəhidimizin qardaşının ölüm xəbəri yalan çıxdı –"Əməliyyat edilib"

Gəncədə Vətən Müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Pərviz İsgəndərovun atası Abbas İsgəndərov məlumat verib. “Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur”, – dəyə A.İsgəndərov bildirib.
Gəncədə bədbəxt hadisə qeydə alınıb.

Qeyd edək ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çelsi” cari mövsümdə ilk dəfə məğlub olub –

Sonrakı məqalə

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb