Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ təmsilçisinə məğlub olub

30 Aprel 2021 - 02:01

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində yarımfinalın ilk matçları keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamura ilə 4 partiyadan ibarət olan birinci matçda 3:1 hesabı ilə məğlub olub. Yarımfinalda Maqnus Karlsenin ermənistanlı Levon Aronyanla qarşılaşması isə bərabərliklə başa çatıb (2:2).

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.