“Sərhədin delimitasiya prosesi praktiki mərhələyə keçib” –PAŞİNYAN

“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi praktiki mərhələyə keçib”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib.

“Bu o deməkdir ki, Ermənistanın sərhədləri yerlərdə müəyyən edilməli olacaq. Hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, Ermənistanın sərhəd harada başlayır, harada bitir”, – deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.