Kreml “Quran”ı yandırdığına görə həbs edilən Nikita Juravelin Çeçenistan liderinin oğlu Adam Kadırov tərəfindən döyülməsinə münasibət bildirməkdən imtina edib.
Azpost.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə bu barədə danışmayacağını deyib.
“Mən dərhal şərt qoyacağam ki, Kadırovun oğlu ilə bağlı məsələni şərh etməyəcəm”, – Peskov bildirib.
“Niyə”, – deyə sual ünvanlayan jurnalistə Peskov “İstəmirəm” cavabını verib.
Saxlanılan Nikita Juravelin döyülməsi ilə bağlı məsələni daha əvvəl Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev şərh edib. Onun sözlərinə görə, Juravelin saxlanılması qanunidir, lakin ona münasibətdə məhbusların istintaq təcridxanasında saxlanması qaydalarına riayət etmək lazımdır.
Azpost.info