Səudiyyə Ərəbistanında neft zavodu partladılıb –Güclü yanğın başlayıb 

Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Abkayk bölgəsində – “ARAMCO” şirkətinə məxsus müəssisə yanır.

Bildirilir ki, müəssisəyə Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum olub. Yanğın PUA ilə törədilən partlayışdan sonra başlayıb. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur.

Hava hücumunun bu gecə edildiyi bildirilir. Hələlik itkilər barədə açıqlama verilməyib.

Baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir