“Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm” –

Tramp
23 Fevral 2020 - 19:35

ABŞ Prezidenti Donald Tramp Əfqanıstanda sülhün təmin edilməsi üçün şəxsən “Taliban” Hərəkatı ilə sülh sazişi imzalamaq niyyətində olduğunu bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Hindistana səfərdən öncə jurnalistlərə açıqlama verən D. Tramp deyib ki, “Taliban” artıq döyüşməkdən yorulub.

ABŞ Prezidenti hesab edir ki, Əfqanıstan xalqı ölkədə sülhü təmin edəcək sazişin imzalanmasını istəyir.