Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqala ətrafında yanacaqdoldurma məntəqəsində baş vermiş dağıdıcı partlayışın ilkin səbəblərindən danışıb.
“Ön planda acgözlük və xəsislik dayanır”-deyn Melikov YDM rəhbərlərini qazanc əldə etmək üçün təhlükəsizlik tədbirlərini pozmaqda ittiham edib.
Onun sözlərinə görə, təhlükəsizlik baxımından yanacaqdoldurma məntəqəsinin yanında xidmət stansiyasının yerləşdiriləmsi qeyri-qanuni olub. “Avtomobil təmiri qaynaq işlərini əhatə edir. Yanacaqdoldurma kompleksində isə yanar mayelər və qaz saxlanılır”.
Dağıstanın başçısı partlayışla bağlı cinayət işi açıldığını da açıqlayıb.
Rusiyanın səhiyyə nazirinin birinci müavini Viktor Fisenko 60-dan çox zərərçəkənin Mahaçqala xəstəxanalarında qaldığını, onlardan 11-nin vəziyyətinin ağır olduğunu bildirib. Ağır xəstələrin Səhiyyə Nazirliyinin federal mərkəzlərinə və Moskvaya təxliyəsi planlaşdırılır.
Xatırladaq ki, bazar ertəsi axşam Mahaçqala ətrafında yerləşən “Nafta 24” yanacaqdoldurma məntəqəsinin qarşısında partlayış olub. 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Azpost.info
