Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub

kulek

Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhəri ərazisində müşahidə edilən güclü külək şəhərin Sabir Rəhman küçəsindəki iri gövdəli çinar ağacını kökündən aşırıb. Çinar ağacı yaxınlıqdakı orta məktəbin hasarının üstünə düşüb. Nəticədə hasarın 25 metrə qədər hissəsi uçub.

Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq Şəki şəhəri ərazisində fasilələrlə külək əsir. Bu səbəbdən rayonun elektrik təchizatında da fasilələr yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir