“Qlobal Peyvənd Sammiti” başlayıb- Böyük Britaniyanın təşkilatçılığı ilə

Böyük Britaniyanın təşkilatçılığı ilə “Qlobal Peyvənd Sammiti” başlayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, videokonfrans formatında keçirilən sammitdə 50-dən çox ölkənin nümayəndəsi, 35 dövlət və ya hökumət başçısı, habelə özəl sektorun və vətəndaş cəmiyyətinin rəhbərləri iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Britaniyanın Baş Naziri Boris Conson sammitin xəstəliklərə qarşı mübarizədə dünya ölkələrinin bir araya gəlməsinə vasitə olacağını bildirib: “Biz növbəti beş il ərzində Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansına (GAVI) 1.65 milyard funt sterlinq vəsait ayıraraq alyansın aparıcı donoru olaraq qalacağıq”.

Sammit 2025-ci ilə qədər dünyanın ən kasıb ölkələrində daha 300 milyon uşağı peyvənd etmək üçün 7,4 milyard dollar vəsait toplamağı qarşıya məqsəd qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəkidə güclü külək iri gövdəli ağacı aşırıb, məktəbin hasarı uçub

Sonrakı məqalə

Azərbaycanda dövlət büdcəsinə borclar artıb