Şəmkirdə bacanağını güllələyən şəxs tutulub –RƏSMİ

Şəmkirdə bacanağını güllələyən şəxs tutulub.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 1-də Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunun rayonun Yeni Həyat kəndi ərazisindən keçən avtomobil yolunda odlu silahdan açılan atəş nəticəsində öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Elnur Hümmətlinin Yeni Həyat kənd sakini Süleymanov Etibar Binnət oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, E.Süleymanovla E.Hümmətli bacanaq olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı mayın 31-dək uzadılır

Sonrakı məqalə

Conson oğluna onu müalicə edən iki həkimin adını qoyub