Sərnişinlərin 94 faizi avtobus xidmətlərindən istifadə edib- Statistika Komitəsi

2022-ci ildə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 126 milyon ton yük, 1405 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki illə müqayisədə müvafiq olaraq 12 faiz və 25,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 94 faizi avtobus, 6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 23,1 faiz, sərnişin dövriyyəsi isə 25 faiz artıb.

Əvvəlki məqalə

Tarif Şurası sifarişlə həyata keçirilən torpağa dair xidmətlər üçün haqq müəyyənləşdirəcək

Sonrakı məqalə

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılıb