“ŞƏT ölkələrində “rəngli inqilablara” təhrik cəhdlərinin qarşısı alınmalıdır”- Çin lideri

“ŞƏT ölkələrində “rəngli inqilabların” qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammiti zamanı deyib.

“Biz təhlükəsizlik maraqlarını qorumaq üçün bir-birimizin səylərini dəstəkləməliyik. Xarici qüvvələrin “rəngli inqilabı” təhrik etmək cəhdlərinin qarşısını almaq, istənilən bəhanə ilə başqa ölkələrin işlərinə qarışmağa birgə qarşı çıxmaq vacibdir”, – Çin lideri bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Qırğızıstan Tacikistanın sərhəd zastavalarını atəşə tutub –

Sonrakı məqalə

Şuşada 23 binalı yaşayış massivi gələn il təhvil veriləcək